[:az]AİHM Oqtay Gülalıyevin işi üzrə qərar elan edib[:]

tərəfindən Gozetci

[:az]Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) martın 5-də hüquq müdafiəçisi Oqtay Gülalıyevin şikayəti üzrə qərarını elan edib. Hüquq müdafiəçisi Xalid Ağaliyevin sözlərinə görə, şikayət 2012-ci ildə fəalın dağıdıcı daşqından zərər çəkmiş vətəndaşların hüquqlarını müdafiə edərkən həbs edilməsi ilə bağlı idi.

Gülalıyev həbsini qanunsuz hesab edib. Araşdırma zamanı hökumət ərizəçiyə barışıq təklif edib. Amma o, bu təklifi rədd edib.

Hakimiyyət Gülalıyevin Avropa Konvensiyasının 5.3-cü (azadlıq hüququ) maddəsində zəmanət verilmiş hüququnun pozulduğunu etiraf etməyə razılaşıb və ona 3500 avro təzminat ödəmək öhdəliyi götürüb.

Hökumət AİHM-yə müvafiq birtərəfli bəyannamə verib və ərizəçinin şikayətlərini baxılan işlər siyahısından çıxarmağı xahiş edib.

AİHM-nin qərarında qeyd edilir ki, Gülalıyevə hökumətin birtərəfli bəyannaməsi göndərilib, amma ondan cavab gəlməyib. Buna görə AİHM ərizəni baxılan işlər siyahısından çıxarmağı məqsədəuyğun hesab edib. Dövlət fəala 3500 avro ödəmək öhdəliyi götürüb.

Xatırladaq ki, Gülalıyev 2019-cu il oktyabrın sonlarında YHN-dən sonra komaya düşüb və indiyədək ayılmayıb. O, İstanbul klinikasında müalicə alır.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az