Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs edilmiş jurnalistləri azad etməyə çağırıb

tərəfindən Gozetci

[:az]Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) dekabrın 11-də dünyada jurnalistlərin vəziyyəti haqqında hesabat yayıb.

Sənədin Azərbaycanla bağlı hissəsində deyilir ki, ölkədə hələ də 6 jurnalist: Meydan TV ilə əməkdaşlıq edən Əfqan Muxtarlı, “Xəbər 44” saytının redaktoru Araz Quliyev, “Kend.info” saytının təsisçisi Elçin İsmayıllı, “Realliq.info” saytının rəhbəri İkram Rəhimov, “Xeberman” saytının rəhbəri Polad Aslanov və “Azadlıq” qəzetinin regional müxbiri Ziya Əsədli həbsdədir.

Həbs edilən jurnalistlərin ən çox olduğu ölkələr siyahısında Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, Ərəbistan və Misir liderlik edir. İranda son etirazlar zamanı 11 jurnalist həbs edilib. Rusiyada 7 jurnalist həbsdədir, onların dördü ilhaq edilmiş Krımda həbs edilib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az