[:az]Zərərçəkənlər Binəqədi Rayon İcra Hakimiyyətinə dəvət olunacaqlar
Binəqədi rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elxan Allahverdiyev dekabrın 11-də “EuroHome” ticarət mərkəzində baş verən yanğından ziyan çəkən sahibkarlarla görüşüb.
Yangın dekabrın 10-da baş verib.
APA-nın məlumatına görə, icra başçısı sahibkarlara yanğınla əlaqədar araşdırma aparılacağını, dəymiş ziyan müəyyənləşdiriləndən sonra sahibkarların və icarədarların bir-bir RİH-ə dəvət olunacağını deyib.
İcra başçısı eyni zamanda sahibkarlara kompensasiya ödənilməsi məsələsinə də baxılacağını söyləyib.
Dekabrın 10-da Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verib. 5 hektar ərazisi olan bazarın 2 hektarının yandığı bildirilir.
Hadisənin səbəbləri haqda ilkin məlumatda qeyd olunub ki, yanğın ərazidə yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb.
Meydan TV[:]