[:az]AXCP-nin iki fəalı inzibati həbs edilib[:]

tərəfindən Gozetci

[:az]

Foto: Meydan Tv

AXCP üzvləri Elxan Əliyev və Əlizamin Salayev Nərimanov məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs alıblar.

Bu barədə məlumatı, partiyanın Rəyasət Heyətinin üzvü İlham Hüseyn verib.

O bildirib ki, hər iki şəxs Bakı Şəhər İcra Hakimiyyətinin binasının qarşısında piketdən bir gün əvvəl, oktyabrın 7-də saxlanılıb.

“Əlizamin Salayev Salyan Rayon Təşkilatının üzvüdür, aksiyaya gəlmişdi. Elxan Əliyev isə Binəqədi rayon cəbhəçisidir. Onları çayxanadan aparıblar. Onların hər ikisi İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) ilə ittiham olunublar”, – İlham Hüseyn deyib.

Milli Şura oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçitib. Paytaxt polisinin məlumatına görə, piketdə 17 nəfər saxlanılsa da, sonradan onlar sərbəst buraxılıblar.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az