[:az]Həkimlər İ.Rəhimovu aclığı dayandırmağa çağırıblar[:]

tərəfindən Gozetci

[:az]Cümə günü Qırmızı Xaç Komitəsinin nümayəndələri 1 saylı İstintaq Təcridxanasının həkimləri ilə birlikdə orada saxlanılan realliq.info saytının redaktoru İkram Rəhimova baş çəkiblər.

Həkimlər uzun müddətdir aclıq edən Rəhimovu müayinə ediblər və vəziyyətinin ciddi şəkildə pisləşdiyini müəyyən ediblər. Həkimlər onu aclıqdan imtina etməyə çağırıblar, amma Rəhimov imtina edib. Bu barədə Turan-a Rəhimovun qohumları bildiriblər.

* Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub və həbs edilib. İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində Rəhimovun işi üzrə hazırlıq iclası keçirilib. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı, birinci instansiya məhkəməsinə verdikləri ifadələr saxtalaşdırıldığına görə şahidlərin yenidən dindirilməsi haqqında vəsatət qaldırıb.

Həmin vaxtdan etibarən məhkəmə iclasları bir neçə dəfə qərar qəbul edilmədən təxirə salınıb.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az