[:az]Avropa Şurasının Nazirlər Komitəsi seçki hüquqları ilə bağlı Azərbaycana çağırış edib[:]

tərəfindən Gozetci

[:az]Avropa Şurasının Nazirlər Komitəsi 4-6 iyunda keçirilən iclasında seçki hüquqlarının pozuntusu ilə bağlı Avropa Məhkəməsinin Azərbaycana qarşı qəbul etdiyi qərarların icra vəziyyətini növbəti dəfə müzakirəyə çıxarıb. Nazirlər Komitəsi Avropa Məhkəməsinin qərarlarına və Komitənin bundan öncəki çağırışlarına baxmayaraq Azərbaycan hökümətinin seçki islahatı keçirmək üçün hər hansı real addım atmaması ilə bağlı narahatlığını ifadə edib.

Bu qərarlar 2005 və 2010-cu illərdə Azərbaycanda keçirilən parlamanent seçkilərində baş verən pozuntular və bu pozuntulardan seçki komissiyalarına və məhkəmələrə verilən şikayətlərin effektiv araşdırılmaması, nəticədə ərizəçilərin Konvensiyanın 1 saylı protokolunun 3-cü maddəsilə təminat verilən azad seçki hüququnun pozulması ilə bağlıdır.

Komitə Azərbaycan hökümətinin həmin qərarlarla əlaqədar həyata keçirdiyi xüsusi xarakterli tədbirlərlə bağlı qeyd edib ki, hüquqları pozulan ərizəçilərdən 4 nəfərə Avropa Məhkəməsi tərəfindən təyin edilən kompensasiya ödənilməyib.

Ümumi xarakterli tədbirlə bağlı isə Komitə bildirib ki, azad seçki hüququ Avropa Konvensiyası ilə təminat verilən, hüququn üstünlüyünun hakim olduğu demokratik cəmiyyətlərdə zəruri olan fundamental hüquqlardan biridir və Konvensiyanı imzalayan hər bir dövlət azad və ədalətli seçkilər keçirmək öhdəliyi götürüb. Ancaq Azərbaycan höküməti Avropa Məhkəməsinin sözü gedən qərarları əsasında seçki hüquqlarının təkmilləşdirilməsi üçün tələb edilən reformları həyata keçirmir. Bu səbəbdən Avropa Məhkəməsi qarşıdan parlament seçkilərinin də gəldiyini nəzərə alaraq, Azərbaycan hökümətini aşağıdakı addımları atmağa çağırır.

  • seçki qanunvericiliyini və təcrübəsini Konvensiyanın tələblərinə uyğunlaşdırmaq üçün konkret addımlar atmaq;
  • Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin icra etmək üçün Avropa Şurası və Azərbaycan arasında razılaşdırılmış 2018-2021-ci il Avropa Şurasının Azərbaycan üçün hazırladığı Fəaliyyət Planında təklif olunan əməkdaşlıq imkanlarından yararlanmaq və fəaliyyət planının icra vəziyyəti və onun seçki hüquqlarının inkişafına təsiri ilə bağlı Avropa Şurasını müntəzəm olaraq məlumatlandırmaq;
  • Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı Prezident Fərmanının seçki hüquqlarının pozulmasına səbəb olan 2 əsas məsələdən biri – məhkəmə araşdırması prosesinə təsiri ilə bağlı Komitəyə məlumat vermək;

Komitə bu ilin dekabrında keçiriləcək növbəti iclasında bu məsələnin müzakirəsini davam etdirəcəyi ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, Avropa Məhkəməsi çıxardığı 23 qərarı ilə 2005 və 2010-cu illərdə Azərbaycanda keçirilən parlament seçkilərində iştirak etmək üçün qeydiyyata alınmayan və ya qeydiyayata alınsa da seçki günü baş verən pozuntular nəticəsində 50 ərizəçinin passiv seçki hüququnun pozulduğunu elan edib. Bu müddət ərzində Azərbaycan höküməti Avropa Məhkəməsi tərəfindən təyin olunan kompensasiyaları böyük ölçüdə ödəsə də, seçki təcrübəsinin təkmilləşdirilməsi üçün tələb olunan heç bir önəmli addım atmayıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az