[:az]Jurnalist Sevinc Vaqifqızı və Elnur Muxtarın ölkədən çıxış qadağası götürülüb[:]

tərəfindən Gozetci

[:az] Jurnalist Sevinc Vaqifqızı və Elnur Muxtarın ölkədən çıxışına Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən qoyulan qadağa götürülüb.

Bu barədə Sevinc Vaqifqızı sosial şəbəkədə məlumat paylaşıb. Hər iki jurnalistin ölkədən çıxışına qadağa 2015-ci ildə Meydan TV-yə qarşı açılmış cinayət işi ilə əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən tətbiq edilmişdi.

Bu işlə əlaqədar bütövlükdə 11-dən artıq jurnalistin ölkədən çıxışına qadağa qoyulmasına baxmayaraq, istintaq və məhkəmə orqanları bu qadağaların hüquqi əsasını göstərə bilməmişdi.

Avropa Məhkəməsi bu jurnalistlərdən bir qismi ilə bağlı qəbul etdiyi qərarda onların ölkədən çıxışına tətbiq edilən qadağanın hüququ əsasının olmadığı, bu səbəbdən Konvensiya ilə təminat altına alınan hərəkət etmək azadlıqlarının pozulduğunu təsbit edib. Jurnalistlərin bir hissəsinin işi isə hələ də kommunikasiya mərhələsindədir.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az