[:az]”Diqlas”da yanğından zərərçəkmiş sahibkarlara yardım necə ödəniləcək?[:]

tərəfindən Gozetci

[:az]İqtisadiyyat Nazirliyi qaydaları açıqladı

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Diqlas”da yanğından zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi qaydasını açıqlayıb.

ONA-nın məlumatına görə, aprelin 4-dən qüvvəyə minəcək qaydaya əsasən, ticarət mərkəzində fəaliyyət göstərən və yanğından zərərçəkmiş digər sahibkarların siyahısı və onlarla bağlanmış müqavilələr və ya digər təsdiqedici sənədlər icarəyə verən tərəfindən İqtisadiyyat Nazirliyinə təqdim edilməlidir. Təqdim edilmiş siyahıda zərərçəkmiş sahibkarın adı, soyadı, atasının adı, VÖEN-i, icarəyə götürdüyü ticarət obyekti barədə məlumatlar göstərilməli və icarəyə verənin səlahiyyətli nümayəndəsi (nümayəndələri) tərəfindən imzalanıb və möhürlə təsdiq edilməlidir. Yanğından zərər çəkmiş sahibkarlara maddi yardım nağdsız qaydada ödəniləcək.

Sahibkarlar maddi yardımın alınması üçün ərizə forması və şəxsiyyəti təsdiq edən sənəd ilə Nazirliyə müraciət etməlidirlər. Ərizəyə icarəyə verənlə bağlanmış icarə müqaviləsinin surəti və ya digər təsdiqedici sənəd əlavə edilir. Maddi yardımı almaq hüququ olan şəxsin özü müraciət edə bilmədikdə, onu təmsil edən nümayəndə bu

Qaydada nəzərdə tutulmuş sənədlərlə yanaşı notarial qaydada təsdiq olunmuş etibarnaməni təqdim edir. Ərizəçi ərizə formasını əldə edə bilmədikdə, Nazirliyin səlahiyyətli işçisi ona ərizə formasını təqdim edir və ərizənin doldurulması qaydasını izah edir.

Bildirilir ki, nazirlikdə yaradılmış İşçi Qrup maddi yardımın ödənilməsi üçün müraciət etmiş ərizəçilərin məlumatları ilə icarəyə verən tərəfin təqdim etdiyi məlumatların uyğunluğunu yoxlayacaq. Ərizənin düzgün tərtib olunduğu və sənədlərin tələb olunan qaydada təqdim edildiyi halda İşçi Qrupu tərəfindən protokolla rəsmiləşdirəcək və ərizəçiyə protokoldan çıxarış veriləcək. Çıxarışın verilməsi maddi yardımın köçürülməsinə əsasdır. Ərizəçi haqqında məlumatlar icarəyə verən tərəfindən təqdim edilmiş siyahıda olmadıqda, siyahıdakı məlumatlara uyğun gəlmədikdə, icarəyə verən ilə bağlanmış icarə müqaviləsi və ya digər təsdiqedici sənəd olmadıqda İşçi Qrupu tərəfindən sahibkar və icarəyə verənin səlahiyyətli nümayəndəsinin iştirakı ilə araşdırma aparılacaq. Araşdırmanın nəticəsi müsbət olduqda İşçi Qrupu tərəfindən maddi yardımın verilməsi barədə qərar protokolla rəsmiləşdiriləcək və ərizəçiyə çıxarış veriəcək. Maddi yardımın ödənilməsi üçün əsas müəyyən edilmədikdə müraciət etmiş ərizəçiyə maddi yardımın ödənilməsindən imtina olunacaq. Maddi yardımın ödənilməsindən imtina barədə qərar İşçi Qrupunun protokolu ilə rəsmiləşdiriləcək və bu barədə 3 iş günü ərzində ərizəçiyə sifarişli məktubla bildiriş göndəriləcək və ya şəxsən ərizəçiyə imza etdirməklə təqdim olunacaq.

Maddi yardımın məbləği bu qaydada müəyyən edilir:

– mağaza, anbar icarəyə götürmüş zərərçəkmiş sahibkara – 10000 manat;

– piştaxta və digər sahə icarəyə götürmüş zərərçəkmiş sahibkara – 2000 manat.

– Maddi yardım zərərçəkmiş sahibkara dəymiş ziyandan artıq ödənilmir.

Aprelin 2-də isə İqtisadiyyat Nazirliyi məlumat yayaraq bildirmişdi ki, zərərçəkmiş sahibkarların bir qismi iş yeri ilə təmin ediliblər:

“İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərərçəkən sahibkarlara 8 ticarət mərkəzi təklif olunub. Artıq 20-ə yaxın sahibkar 5 ay icarə haqqı ödənilməmək şərti ilə “Aygün” və “Sədərək” ticarət mərkəzlərində, Dərnəgül şossesində yerləşən “Eurohome” tikinti bazarında ticarət obyektləri ilə təmin olunub.

Sahibkarların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir”.

Prezident İlham Əliyev martın 29-da “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar nazirliyə ayrılmış vəsait Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin hesabına köçürülür. Zərərçəkmiş sahibkara çıxarış verildiyi gündən 5 iş günü müddətində maddi yardımın məbləği Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən zərərçəkmiş şəxsə plastik kart vasitəsilə təqdim edilir.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az