Müsavat Partiyası tərəfdarlarının abidəyə gül qoymağına imkan verilməyib

tərəfindən Gozetci

[:az]Bu gün Xocalı faciəsinin anım mərasimində müxalifətdə olan Müsavat Partiyasının tərəfdarlarının Xətai rayonundakı “Ana fəryadı” abidəsinin önünə gül dəstələri qoymağa imkan verilməyib. İnsident zamanı Müsavat Partiyasının Mətbuat Xidmətinin əməkdaşı Mehman Kamran xəsarət alıb, onu təcili tibbi yardım avtomobili hadisə yerindən xəstəxanaya aparıb.

Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

Hacılı bildirib ki, faciə qurbanlarının abidəsini ziyarət edənlərə bu hərəkətlərə hakimiyyət üçün utanc olmalıdır.

“Bizə sadəcə Xocalı abidəsinə gül qoymağa imkan vermədilər. Bu abidənin açılşında hakimiyyəti mən təmsil etmişəm. Həm 20 Yanvarda, həm Xocalı faciəsi günü bizi abidə önünə gül qoymağa imkan vermirlər. Biz burada başqa aksiya keçirmirik. Biz anım mərasimi keçiririk,” o qeyd edib.

O, hesab edir ki, iqtidar bu hərkətlərlə faciəni unutdurmağa çalışır.

“Azərbaycan xalqı hakmiyyətin bu tipli davranışlarına baxmayaraq Xocalı faciəsini unutmayacaq. Xalqımız Xocalıdakı faciəni heç zaman unutmayacaq. Hökumət xalqı bölməyə, ayırmağa çalışsa da Azərbaycan xalqı birləşərək demokratik dövlət yaradacaq və Xocalı faciəsini törədənləri cəzalandıracaq,” Müsavat başqanı qeyd edib.

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər baş verənləri biabırçılıq adlandırıb.

“Xocalı faciəsi günü hakimiyyətin belə biabırçı işlər görməsi, onların xalqla birgə olmadığını göstərir,” İsa Qəmbər qeyd edib.

 

AMERİKANIN SƏSİ[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az