[:az]“Azərsu”nun səhlənkarlığı nəticəsində pullar mənimsənilir[:]

tərəfindən Gozetci

[:az]Ötən il Bakının Nəsimi rayonu Vidadi küçəsi 105 ünvanında su borusu partlayıb. Sakinlərin çoxsaylı müraciətindən sonra hadisə yerinə ağır texnika ilə gələn “Azərsu”nun əməkdaşları suyun çıxdığı yeri qazaraq partlamış borunu təmir etmək əvəzinə, ona çüy vurublar.

Bir müddət sonra isə qazılmış yerin üzərinə asfalt örtük çəkilib. Lakin çox keçməyib ki, təmir olunmaq əvəzinə çüylə yamadılan boru yenidən partlayıb və həyəti su basıb. “Azərsu”nun işçiləri bu dəfə hadisə yerinə gələrək asfaltı söküb, yenidən qazıntı işlərinə başlayıblar.

Görünür“Azərsu” rəhbərliyi yaranan problemi kökündən həll etməməklə, səhlənkarlıq nəticəsində dövlət büdcəsinin pullarını mənimsəyir.

 

 

 [:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az