[:az]Mustafa Hacıbəylinin polisə aparıldığı deyilir (Yenilənib)[:]

tərəfindən Gozetci

[:az]Musatafa Hacıbəyli sərbəst buraxılıb. Bu barədə onun özü Meydan TV-yə deyib.

“Bölmənin polisləri mənə martın 19-na qədər mitinq keçirməyin mümkünsüz olduğunu dedilər. Mən aksiyanın demokratiyanın tələbi olduğunu söyləyəndə polislər şəhər icra hakimiyyətinin cavab vermədiyini bildirdilər. Amma icra hakimiyyətinə müraciət edildiyini xatırlatdım. Sonra başqa otağa keçirib tamam fərqli suallar verdilər, məsələn, yaşadığım məhlədə oğurluqlar, harda işlədiyim barədə. Ardınca 5-ci polis bölməsinin rəis müavini Elnur Əzizovun kabinetinə gətirdilər. Müavin mənimlə söyüş və təhqirlə danışdı. Hətta ərazidəki oğurluqları mənim təşkil etdiyimi deyəndən sonra tabeliyindəkilərə barmaq izlərimi götürməyi tapşırdı və həbs etməklə hədələdi. Ondan vəkil tələb edəndə yenə söydü. Sonra məni yenidən başqa otağa keçirdilər, pəncərədən müsavatçıların bölmənin qarşısında görüb onlara vəkilə xəbər vermələrini dedim. Bunun ardınca Elnur Əzizov otaqdakı şkafları aşırıb ətrafındakılara göstəriş verdi ki, bu polis otağını dağıdır, akt tərtib edin. Yerə yıxılan şkafların yanında şəkillərimi də çəkdilər. Çox qəribədir ki, gözlənilmədən mənə “sən burdakı oğrulardan pul yığıb lotu Quliyə verirsən, səni həbs etdirəcəm, amma hələlik get”dedi. Bu, mənim üçün təəccüblüydü. Bütün hallarda baş verənlər siyasi təzyiqdir, ona görə tam məsuliyyətimlə bildirirəm ki, həbs olunmağa hazıram”

***

Baş redaktora mitinqlə bağlı xəbərdarlıq ediblər

Binəqədi rayon 5-ci polis bölməsinin əməkdaşları martın 6-da saat 13. 25-də “Bastainfo” saytının baş redaktoru Mustafa Hacıbəylini partiya qərargahından aparıblar.

Bu barədə Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı Meydan TV-yə bildirib.

Gülağa Aslanlı ehtimal edib ki, Mustafa Hacıbəylinin polis bölməsinə aparılması onun son vaxtlar müxalifətin 10 martda keçirəcəyi aksiya haqda çağırışları barədə ola bilər.

Partiyadan verilən xəbərə görə, M.Hacıbəyliyə qarşıdan gələn mitinqlə bağlı xəbərdarlıq edilib və o sərbəst buraxılıb.

Bundan əvvəl də Mustafa Hacıbəyli rəhbərlik etdiyi sayta təzyiqlər olduğunu bildirmişdi. Fevral ayında o, “Bastainfo” saytına haker hücumlarının olması barədə məlumat verib.

Mustafa Hacıbəyli fevralda rəhbərlik etdiyi sayta haker hücumunun olması barədə məlumat verib.

Milli Şura aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisini boykot edən müxalifət partiyalarını martın 10-da ümumi mitinqə dəvət edib. Mitinqin keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti hələ ki, cavab verməyib.

Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədri Qüdrət Həsənquliyev parlamentdə çıxış edərək, müxalifətin martın 10-a mitinq keçirmək planını tənqid edib.

“Bu məsələyə görə Bakı şəhər İcra hakimiyyətindən izahat tələb edirik. Məndə olan məlumata görə, mitinq sanksiyalaşdırılıb. Bu qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Niyə mitinq keçirməyə icazə verirlər? Öz çıxışlarında qanunların aliliyini istəyən şəxslər özü qanunun tələblərinə əməl etməlidir”.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az